IKEA Rusiyanın yeni hazırlamış olduğu reklam çarxı valideynləri sevindirəcək, amma uşaqları isə təəssüf ki, məyus edəcək.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kompaniya yeni hazırlanmış olduğu çarxda ailənin adi bir gününü ekranlaşdırıb. Sözsüz ki, bütün ailələrdə yaz ayları gələn zaman payız-qış geyimlərini səliqəli şəkildə rəflərdə yerləşdirmək lazım olur. Bunu ona görə edirik ki, növbəti fəsildə bizə lazım olan geyimləri asanlıqla tapa bilək.
Nağara adı verilən reklam çarxında əsas qəhrəman oyuncağı itən uşaqdır. Çarx IKEA-nın komandası və “Instinct” kreativ agentlik ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gətirilib.
Kompaniya itmiş oyuncaq, yəni nağaranın nümunəsində göstərmək istəyiblər ki, IKEA məhsullarını saxlamaq üçün istifadə edilən həll yollarında olduğu kimi, doğru əşyanı vaxtında tapmaq və ya doğru bir şəkildə saxlamaq da eyni dərəcədə asandır.