Dünyaca məşhur professional futbolçu Zlatan İbrahimoviç Rusiyada təşkil ediləcək 2018 FIFA Dünya Kuboku öncəsində şirkətin qlobal marketinq kampaniyasının yeni üzü olacağını elan edib.
Facemark.az xəbər verir ki, FIFA-nın rəsmi ödəniş xidmətləri üzrə tərəfdaşı “Visa” və Zlatan İbrahimoviçin əməkdaşlığı ilə bu yay futbolsevərlər aksiyonun tək bir anını qaçırtmayacaqlar.
Ulduz futbolçu “Visa” ilə əməkdaşlığı barəsində deyib ki, “Ödəniş xidmətlərinin qlobal lideri “Visa” ilə birgə əməkdaşlıqdan qürur duyuram. Futbolda daimi ən yaxşısı olmağa çalışıram”.
“Visa Inc.” marketinq və kommunikasiyalar üzrə rəhbəri Lynne Biggar məsələ ilə bağlı bunları deyib: “Zlatan İbrahimoviçin futbol meydançasındakı təsirləndirici performansından başqa, ona qlobal miqyasda görülən maraq və rəngarəng şəxsiyyətini hər zaman izləyirdik.
“Visa” olaraq Zlatan İbrahimoviç ilə FIFA Dünya kuboku kampaniyamızı və innovasiyalarımızı həyata keçirtmək üçün edəcəyimiz əməkdaşlıqdan və onunla dünya miqyasında böyük pərəstişkar qrupu ilə ünsiyyətdə olmaqdan böyük həyəcan duyuruq”.
Qeyd edək ki, dünyanın ən çox mükafata layiq görülən aktiv futbol oyunçularından biri olan Zlatan İbrahimoviç bugünə qədər İngiltərə, Fransa, İtaliya, Hollandiya, İspaniya, İsveç, ABŞ-da doqquz qrupda oynayaraq 33 kubok qazanıb. İbrahimoviç öz dövründəki futbol oyunçuları arasında ən yaxşı qolçu hesab olunur.
Xatırladaq ki, FIFA Dünya Kuboku üzrə yarışlar (futbol üzrə 2018-ci il dünya çempionatı) 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.
