“Volkswagen” 70 illik loqosunu tamamilə dəyişə bilər.


Facemark.az xəbər verir ki, “Hyundai”dən “Volkswagen”ə keçən yeni marketinq direktoru Jochen Sengpiehl avtomobil markasının loqosunun dəyişdirilməsinin səbəblərindən danışıb:


“Volkswagen” son dövrlər yeni elektrik mühərrikli avtomobillərin bazara çıxarılmasına fokuslanıb. Məqsədimiz bu prosesi daha rəngarəng hala gətirməkdir. “Volkswagen” insanlara daha çox alman markası təəssüratı yaradır. Loqonu yeniləməklə, müştərilər ilə marka arasında itən duyğusal bağları yenidən qaytarmaq niyyətindəyik”.


J.Sengpiehl deyib ki, markanın imici son illərə görə daha yüksəkdə deyil: “Bu problemin yeganə səbəbi “dizel qalmaqal”ı deyil: “Daha çox alman görünüşü” müştərilər ilə marka arasındakı duyğusal bağları zədələyir”.


Marketinq direktoru qeyd edib ki, bu çox önəmli çevriliş olacaq: “Ən önəmli sual isə budur ki, insanlar elektrik mühərrikli avtomobillər dünyasına necə girəcək? Biz müştərilərin bizimlə birgə əylənməsini istəyirik. Buna görə də, daha rəngli olmağa ehtiyac duyuruq”.


“Volkswagen” bu yenilik üçün nə az nə çox, düz 25 milyard dollar xərcləyəcək.


Qeyd edək ki, ötən aylarda kompaniya elektrik mühərrikli avtomobillər ilə bağlı strategiyasını açıqlamışdı. Loqo üzərində dəyişikliklər isə sonuncu dəfə 2012-ci ildə baş verib. Bu zaman loqoda çox kiçik dəyişiklik edilmişdi.