İsveçrənin qida nəhəngi “Nestle” ABŞ-ın qəhvə pərakəndə zənciri “Starbucks”un istehsal etdiyi qəhvələri qlobal bazarda satmaq üçün 7,15 milyard dollar ödəyəcək.
Facemark.az xəbər verir ki, “Nescafe” markasının da sahibi olan “Nestle” razılığa görə ildə 2 milyard dollarlıq satış edən ABŞ-ın qəhvə istehsalçısı “Starbucks”a 7,15 milyard dollar ödəyəcək.
“Starbucks” açıqlamasında bildirib ki, müqavilə ilə ediləcək gəlirin hissələri geri satın almada istifadə olunacaq. ABŞ şirkəti 2020-ci ilin sonuna qədər geri dönüşlər və divident ödənişləri vasitəsilə 20 milyard dollara yaxın gəlir əldə etməyi planlaşdırır.
“Starbucks”un CEO-su Kevin Conson, “Nestle” ilə əməkdaşlıq ilə ““Starbucks” təcrübəsini milyonlarla ev və insana çatacağını, bunun hesabına İsveçrə qida nəhənginin qlobal miqyasda məşhurluğunun artacağını bildirib. “Nestle” əməkdaşlıq çərçivəsində təxminən 500 “Starbucks” işçisini də tərkibinə qatacaq.
Ekspertlər “Nestle”nin davam edən hissə geri alım proqramında isə dəyişiklik gözləmir.