ABŞ-ın supermarket zənciri “Walmart” Hindistanın ən böyük onlayn pərakəndə şirkəti “Flipkart Group”un 77%-ni 16 milyard dollara alıb.


Facemark.az xəbər verir ki, geri qalan payı “Flipkart”ın təsisçilərindən Binny Bansal və səhm sahibləri bölüşəcək. Rəqibi onlayn pərakəndə nəhəngi “Amazon.com”a qarşı fəaliyyətə başlayan, “Walmart” “Flipkart” razılığı ilə tarixin ən böyük alışını həyata keçirib.


“Morgan Stanley”nin proqnozlarına görə, “Walmart”ın Hindistanın e-ticarət bazarına daxil olması ilə bu sektordakı hakimiyyət gələcək 10 ildə 200 milyard dollara çatacaq.


Yaponiyanın bank sektorunun nəhəngi “Softbank” da “Flipkart”a 2,5 milyard dollar investisiya edib. Razılıqdan sonra, səhm dəyəri 4 milyard dollar olacaq.


Dünyanın ən çox əhalisi olan ölkələrdən biri olan Hindistanda onlayn satışlar ildə təxminən 35% artır. Bu artımın ən önəmli səbəbi isə orta sinif və kəndləşmədir. Onlayn pərakəndə bazarının bir nömrəli adı “Amazon” belə Hindistanda müştəri qazanmaq üçün milyardlarla dollar pul xərcləyib.


“Flipkart”da səhm sahibi olmaq “Walmart”a mağaza açmadan belə Hindistan bazarına daxil olmaq şansını verəcək. “Walmart” daha əvvəldə adıçəkilən ölkənin fərqli bölgələrində mağazalar açmağı hədəfləmişdi. Amma Hindistan idarəçiliyinin bürokratik maneələri ilə mübarizə aparmalı olmuşdu.


ABŞ-ın pərakəndə nəhəngi Hindistan bazarına ilk girişi 2009-cu ildə olub. Həmin vaxt o araşdırma və investisiya şirkəti “Bharti Enterprises”dən sadəcə səhm almışdı. Amma 2013-cü ildə isə “Bharti Enterprises” bütünlüklə pərakəndə nəhənginə daxil olmuşdu. “Bharti” bu gün Hindistanın kiçik müəssisələrə xidmət verən 20 pərakəndəçisini idarə edir.


Qeyd edək ki, “Walmart” 1962-ci ildə kiçik bir mağaza olaraq fəaliyyətə başlayıb. Qısa bir müddət, yəni 9 il içərisində pərakəndə zəncirinə çevrilib.


2015-ci ilin məlumatlarına görə, “Walmart” hər saata 1,9 milyon dollar gəlir əldə edib və hər gün ümumilikdə mağazaları 40 milyon müştəri ziyarət edib. İllik gəliri təxminən 500 milyard dollardır. Firma 2,3 milyon nəfəri məşğulluqla təmin edib.


Mənbə: Pazarlamasyon