2017-ci ildə mobil qurğularda reklam xərcləri 2016-cı illə müqayisədə 36% artıb. Bu ümumi bazarın 57%-i və ya 49,9 milyard dolları deməkdir.


Facemark.az xəbər verir ki, bu barədə İnteraktiv Reklamçılıq Bürosunun (IAB) hesabatında bildirilib.


2017-ci ildə, həmçinin mobil videolardan gəlirlər 54% artaraq, 6,2 milyard dollara çatıb. Sosial şəbəkələrdə reklam bazarı 36% artaraq 22,2 milyard dollara yüksəlib.


Rəqəmsal audionun bazarda artımı isə 39% olub və 1,6 milyard dollara yüksəlib. Axtarış reklamı 18% artaraq 40 milyard dollara çatıb, həmçinin banner reklamları üzrə göstəricilərə gəldikdə 23% və ya 27,5 milyard dollarlıq artım müşahidə edilib.


Hesabata əsasən, 2017-ci ildə rəqəmsal və reklam kampaniyalarının xərcləri 70,1 milyard dollara çatıb. Bu göstəriciyə görə, ilk dəfə yayım və kabel televiziyası sahəsində reklama xərclənmiş ümumi məbləği ötüb.