AT&T şirkəti “It can wait” kampaniyası çərçivəsində avtomobil idarə edən zaman mesajlaşmanın mənfi nəticələrini izah etmək üçün sosial çarxlar hazırlayıb. Şirkət avtomobil qəzalarında həyatını itirmiş iki gənci rəqəmsal yaşlandırma texnikası ilə bu günə gətirir.
Facemark.az xəbər verir ki, kampaniya çərçivəsində göstərilir ki, əgər onlar avtomobil qəzasında vəfat etməsə idilər harda olacaqdılar.
Caleb və Forrestin hekayələri
Caleb Sorohon və Forrest Cepeda hələ liseydə oxuyurdular. Önlərində uzun bir həyat var idi. Amma onlar hazırda həyatdan qoparılmış iki insandır.
“BBDO New York” tərəfindən yaradılan, Errol Morrisin rejissoru olduğu 2 film mesajlaşmanın yol açdığı qəzalarda həyatını itirmiş bu iki gəncə fokuslanır. Peşəkar rəssamlar rəsmlərin hazırlanması üçün ölən gənclərin ailələri ilə yaxın təmasda olublar. Nəticədə, gənclərin rəqəmsal olaraq yaşlandırılmış halları hazırlanıb.
Kameraya baxaraq danışan, orta yaşlı adamların artıq yaşamadığını videoya ilk baxanda başa düşmürük. Caleb və Forrest bizə baxaraq “elə olmasa idi, belə olurdu” üzərindən xəyallarından danışır. Bəlkə deyir biri sevdiyim qızla evlənirdim, amma o indi evlidir. Həyat hər kəs üçün davam edib, filmlərin qəhrəmanlarından başqa.
Filmin sonlarına doğru isə həqiqət açıq bir şəkildə üzümüzə çırpılır. Bu adamların həyatlarının o gün orada sonlandığını, bəhs etdikləri şeylərin heç birini edə bilmədikləri, xəyallarındakı işə, ya da sevdikləri qadına sahib ola bilmədiklərini anlayırıq. Bu da videoya baxanlarda sarsıdıcı təsir buraxır. Bu hər kəs kimi xəyalları olan iki insanın həyatda hansı mövqeyə qədər yüksələ biləcəyindən xəbərsizik. Çünki avtomobil sürən zaman atılan mesajlardan dolayı Caleb və Forrest artıq aramızda deyil.
Kampaniya kiçik sənədli film və kamera arxası video ilə dəstəklənir
ABŞ-da sinemalarda yayımlanan filmlər, eyni zamanda Morris tərəfindən çəkilən kiçik sənədli filmlər ilə dəstəklənir. Bu sənədli filmlərdə gənclərin ailələri, onların hekayələri, kim olduqlarından danışlır. Eyni zamanda, yayımlanan kamera arxası videoda filmlərdə uğurla tətbiq edilmiş yaşlandırma texnikasının necə həyata keçirildiyi izah edilib.
Mənbə: bigumigu