ABŞ-ın kosmetika məhsulları istehsalçısı “Revlon”a tarixində ilk dəfə olaraq qadın – Debra Perelman başçılıq edəcək.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətin saytında bildirilib ki, yeni təyinata qədər o, “MacAndrews & Forbes” investisiya şirkətində çalışıb.
Adıçəkilən investisiya şirkətinin 80%-dən çoxu isə “Revlon”a aidddir. Debra Perelman “Revlon”nun İdarə Heyətinin Sədri Ronald Perelmanın qızıdır. Debra, “Revlon”dakı yeni təyinatına qədər isə “MacAndrews & Forbes” investisiya şirkətinin strategiya və biznesin inkişafı üzrə vitse-prezidenti vəzifəsində çalışıb.
Perelman “MacAndrews & Forbes”dəkı vəzifəsi boyunca “Deluxe Entertainment”, “Clarke American”, “John H. Harland Company” və “Valassis Communications” kimi şirkətlər ilə əməkdaşlığa başlayıb.
“Gözəllik dinamik və tez inkişaf edən sahələrdən biri halına gəlib. Səbrsizliklə “Revlon”un dünya səviyyəli komandası ilə çalışmağı gözləyirəm. Çalışacağıq ki, şirkətin strategiyasını gücləndirək və artıma nail olaq. “Revlon” artıq 20 ildir ki, mənim şəxsi və peşəkar həyatımın mərkəzinə çevrilib”, - deyə Debra Perelman deyib.
Xatırladaq ki, daha əvvəllər deyilirdi ki, “Revlon” qlobal bazarda mediaplanlanması və satış strategiyasında dəyişikliyə gedəcək. Kosmetika firması bu cür qərarı şirkətin kreativliyini birləşdirməsindən və WPP reklam agentliyində media hesabı (formal tender olmadan) açmasından 10 ay sonra qəbul edib.
