“Coca-Cola” bütün Avropa ölkələrində, o cümlədən Rusiyada bitki tərkibli içkilərin yeni çeşidi olan AdeZ (a-dez) markasını təqdim edir.


Facemark.az xəbər verir ki, bitki əsaslı yeni içkinin Avropada olduğu kimi, Rusiyada populyar olacağı gözlənilir. Ekspertlərin qiymətləndirmələrinə görə, 2017-ci ildə Rusiyada adıçəkilən məhsulların kateqoriyasında, demək olar ki, ikiqat artım olub.


İnsanların həyat tərzi sürətlə dəyişir, bununla birlikdə insanların qidalı maddələrlə zənginləşdirilmiş məhsullara ehtiyacı yaranır. Bunlardan biri də məhz bitki əsaslı süd AdeZ olacaq.


Yeni içki qidanın qəbulları arasında orqanizmin dadlı və faydalı qidalanmasının variantlarını axtaran və pəhrizi balanslaşdırmaq istəyən insanlar üçün ideal variant olacaq. İçkinin resepti istehlakçı seçimlərinin təhlili nəzərə alınaraq hazırlanıb. Məqsəd isə bitki əsaslı içkiləri geniş istehlakçılar arasında daha əlçatan və cazibədar hala gətirməkdir.



AdeZin üstünlüyü ondan ibarətdir ki, onun tərkibində şəkər yoxdur. İçkinin tərkibinə şirinliyi isə meyvələr, qoz-fındıq, otlar və tərkibində kalori olmayan şirinləşdirici maddələr verir. Məhsulun tərkibində laktozanın olmaması isə, qatı vegeterian diyeti saxlayanlar üçün ideal seçimdir. Bundan başqa, içkinin tərkibi B12, E və B vitaminləri, kalsium, maqnezium ilə zənginləşdirilib. Adez 250 və 800 ml qablarda istehlakçıya çatdırılacaq. 800 ml qablaşdırmada təqdim edilən məhsulun tərkibi soya, badam, yulaf, düyü, kokos tərkiblidir.


AdeZ brendi hələ 1988-ci ildə Argentinada meydana gəlib, qısa zamanda da populyarlıq qazanıb. Adıçəkilən içki öz seqmentində Meksika, Braziliya, Argentinada məşhur içkidir. Coca-Cola 2017-ci ilin martında bu markaya aid olan hüquqları əldə edib və brendin konsepsiyasında ciddi dəyişikliklər etməklə, onu Avropa istehlakçısı üçün əlçatan edir.


Coca-Cola şirkətinin Avropa, Yaxın Şərq, Afrika regionu üzrə marketinq direktoru Valter Susini (Walter Susini) deyib ki, “Biz çalışırıq ki, bütün dünyada Coca-Cola alkoqolsuz içkilərin universal istehlakçısı olsun. Biz ümumi bazarda populyar olan yeni dad kateqoriyası ilə Avropa bazarına daxil oluruq”.



Onun sözlərinə görə, Latın Amerikası ölkələrində uğurla satılan və bəyənilən AdeZ içkisi Avropa istehlakçılarının damaq dadına uyğunlaşdırılıb: “Marka məhsulun tərkibində şəkərin olmaması, müasir qablaşdırma, yeni vizual tərtibatla istehlakçılara təqdim olunur. “Coca-Cola” hər zaman çalışır ki, istehlakçılara keyfiyyətli məhsul təklif etsin. Biz istehlakçıları lazımlı qida məhsulları ilə təmin etmək üçün AdeZ-ini tərkibini bitki zülalları ilə zənginləşdirmişik. AdeZ adət edilmiş səhər yeməklərinə yenilik əlavə edəcək və gündəlik hərəkət zamanı istifadə oluna biləcək dadlı və faydalı içkidir”.



Əlavə etmək yerinə düşər ki, son zamanlar istehlakçılar sağlam qidalanmağa üstünlük verirlər. AdeZ də istehlakçıların arzu və istəklərini nəzərə alan markadır və yeni brendi “Coca-Cola” markasının təkamülünün yeni mərhələsi adlandırmaq olar.


Xatırladaq ki, bir müddət əvvəl marka Yaponiya bazarı üçün spirtli içki istehsal etmişdi.