ABŞ-ın ən nəhəng qəhvə zənciri şəbəkəsi “Starbucks”un 64 yaşlı CEO-su (Baş icraçı direktoru) Hovard Şultz (ing.Howard Schultz) vəzifəsindən istefa edib.
Facemark.az xəbər verir ki, şirkətin populyarlaşmasında böyük rolu olan, kompaniyanın 36 illik baş icraçı direktoru Hovard Şultz bu ay içində vəzifəsindən gedəcək.
“New York Times” yazır ki, şirkətin rəhbəri 2020-ci ildə ABŞ prezidentliyinə namizəd olmaq üçün bu addımı atıb. Demokratik Partiyadan namizədliyini irəli sürəcək Şultz adıçəkilən nəşrə reportajında deyib ki, “Daha spekulyativ başlıqlar atmayasınız deyə, sizinlə açıq danışacağam. Bir müddətdir ki, ölkəmin böyüyən bölünməsi və dünyadakı mövqeyi haqqında dərin narahatlıqlarım var”.
Şultz, “Cəmiyyətdən aldıqlarımı geri vermək üçün nələrsə edəcəyəm. Amma hələ bunun nə olacağını qərarlaşdırmamışam”, - deməklə namizədliyə iddialı olduğunu vurğulayıb.
“Starbucks”un dəyərlərində miqrantlara iş şəraitinin yaradılması yer alır. Eləcə də şirkət reklam filmlərində LGBTİ cəmiyyətlərinin dəstəklədiyini ifadə edib.
Ekspertlərin qiymətləndirmələrinə görə, məhz bu nüansları nəzərə alaraq demək olar ki, 64 yaşlı CEO prezident olarsa, bu halda o Donald Trampın hazırki siyasətinə zidd hərəkət edəcək. Siz nə düşünürsünüz, Şultzun prezidentliyə namizədlik üçün şansı varmı?
Qeyd edək ki, “Starbucks”un əsası 1971-ci ildə qoyulub. Bu gün şirkətin dünyanın 77 ölkəsində, ümumilikdə 28 min mağazası fəaliyyət göstərir.
