Cennifer Li və Pit Dokter “The Walt Disney Company”ə daxil olan “Pixar” animasiya film studiyasına yeni kreativ direktor təyin ediliblər.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “The Walt Disney Studios”un saytında qeyd olunub.


Məlumatda deyilir ki, Li və Dokter “Pixar”ın bütün filmləri və digər layihələr üzrə yaradıcılıq nəzarəti üçün məsul olacaqlar. Onlar birbaşa olaraq “Disney”in İdarə Heyətinin sədri Alan Xorna tabe olacaqlar.


İdarə Heyətinin sədri qeyd edib ki, Pit Dokter “Bilməcə”, “Yuxarı”, “Bədheybətlər Korporasiyası” adlı cizgifilmlərinin üzərində işləyib. Cennifer Li isə 2014-cü ildə “Oskar”, “Qızıl Qlobus” mükafatlarının alınması və “Soyuq ürək” cizgi filmi üzərində çalışıb.


Qeyd edək ki, daha əvvəl “Walt Disney”də və “Pixa”r film animasiya studiyasında kreativ direktor vəzifəsini tutmuş Con Lasseter uyğunsuz davranışlarda ünvanına olan ittihamlarla əlaqədar olaraq istefa vermişdir.