Rusiyada təşkil edilən 2018 FIFA futbol üzrə Dünya Çempionatının (DÇ-2018) A qrupunda Misir və Uruqvayın qarşılaşdığı mübarizədə “matçın oyunçusu” seçilən Misirli qapıçı Mohamed El Shenawy adıçəkilən mükafatı rədd edib.
Facemark.az xəbər verir ki, mükafatı verən şirkət alkoqollu içki və pivə istehsal edən “Budweiser” şirkəti olub.
Müsəlman futbolçunun mükafatı rədd etmə səbəbi isə məhz firmanın alkoqollu içkilər istehsal etməsi və müsəlman qaydalarına görə, alkoqollu içkilərin qadağan edilməsi göstərilib. Qırmızı bir qədəh şəklində olan mükafatı oyunçuya matç sonunda koridorda vermək istəyiblər. Ancaq məlum olduğu kimi futbolçu mükafatı rədd edib.
29 yaşlı Misirli oyunçu El Shenawy və matç boyunca Barselonada oynayan Luis Suarez ve Paris Saint Germainin, bu ilin ən çox qol vuran oyunçusu Edinson Cavaninin hücumlarını uğurla dəf etmişdir. Onun bu performansı azarkeşlər tərəfindən bəyənilmişdir.
Qərb mətbuatı yazır ki, Dünya Kubokunda digər müsəlman ulduz futbolçuları arasında Fransanın milli komandasına oynayan Paul Pogba, Almaniyadan Mesut Ozil və El-Shenawynin komanda yoldaşı olan Mohamed Salah da var.
Qeyd edək ki, “Budweiser” DÇ-2018-in əsas sponsorlarından biridir və FIFA-nın rəsmi alkoqol tədarükçüsüdür.


