Yeni şort list ilə “Cannes Lions” festivalı qarşınızdadır. Bu gün finalistlər Creative Data Lions, Direct Lions, Film Lions, Media Lions, PR Lions, Product Design Lions, Social & Influencer Lions nominasiyaları üzrə yeniləniblər. Rusiyadan isə iştirakçılar Direct, Media, PR üzrə nominasiyada iştirak ediblər.
1 “AF” Klass (1st Grrrade). Mars/BBDO Russia Group Moscow
Nominasiya: Direct, Single Country Campaign. Media, Use of Branded Content created for Digital or Social
Kampaniya 1 “AF” Klass “Pedigree” adlı brend buraxıb. Onun qəhrəmanı isə iti əldə etməyə çalışan uşaqlar olub. Uşaqlar valideynlərinə sübut etməli idilər ki, onların it almaqla bağlı istəkləri sadəcə kapriz deyil, bu onların şüurlu qərarıdır. Uşaqlara nəzəriyyə və təcrübənin tədrisi isə 6 həftə davam edib.
Face of Italy. Vodafone Italia/Good Moscow
Nominasiya: Media, Consumer Services
“Vodafone”un Shake Remix tarifini dəstək üçün hazırlanmış çarx, eyni zamanda tolerantlığı da təbliğ edib. Məhsul kimi layihə də gənc auditoriyaya hədəflənib. Son nəticələrə görə, İtaliyada olan immiqrantların 20%-i gənclərdən ibarətdir. “Vodafone” yeni tarif ilə abunəçilərinə lazım olan dəqiqələr, SMS əldə etməyə kömək olur. Tarifi dayandırmaq isə kifayət qədər sadədir, bunun üçün sizin smartfonunuzu silkələməyiniz kifayətdir. Kampaniyanın siması isə miqrasiya və imiqrantlar ilə bağlı dəqiq mövqeyi ilə fərqlənən Tunisli reper Ghali olub. “Vodafone”un reklam çarxında digər məşhurların, sahibkar və adi insanların da fotolarından da istifadə olunub. Onların üzləri onlayn reklam çarxlarında insanlara göstərilib, amma Ghali ilə olan çarx isə TV-də də yayımlanıb.
#1917live: “Twitter” 100 il bundan öncə mövcud olsa idi, nə baş verərdi? What if Twitter existed 100 years ago? (RT/RT Moscow)
Nominasiya: Media, Use of Social Platforms. Media, Use of Branded Content created for Digital or Social. 1917-ci il inqilabının yüzilliyinə RT telekanalının xüsusi layihəsi hazırlanıb.
Çarx vasitəsilə 1917-ci il fevral ayında Rusiya imperiyasında baş verən hadisələri müasir texnologiya prizması üzərindən danışmağa cəhd edilib. Keys, həmçinin Digital Craft Lions, Content > Cross-channel Storytelling şort listinə də daxil olub.
“Paytaxtlardan Uzaq” Beyond the Capitals. Google Russia/Ketchum Moscow
Nominasiya: PR, Corporate Image, Communication & Reputation Management
“Google”un layihəsi olan “Paytaxtlardan Uzaq”da istifadəçilər ilə birlikdə Rusiyanın bütün guşələrində əhəmiyyətli işlərin xəritəsini yaradıb. Xəritədə insanlara ilham verən tarixlər toplanıb. O tarixlər ki, insanlar öz ətraflarında olan ölkəni belə dəyişə biliblər. “Google”un layihəsində 7 nəfər iştirakçı qalib olub. “Google”un axtarışında isə ən çox səs verən Rusiya sakinləri olub.
Qeyd edək ki, festival iyunun 18-dən start götürüb və iyunun 22-ə qədər davam edəcək.



