H&M Rusiyada birinci COS markasının mağazasını açacaq. Artıq beş ildir ki, H&M öz markasını adıçəkilən bazarda buraxmağa çalışır.
Facemark.az xəbər verir ki, “Kommersant” öz mənbələrinə istinadən yazır ki, COS markasının birinci ticarət nöqtəsi Moskva, “Afimall City”də ilin sonuna qədər açılması planlaşdırılıb. İkinci mağaza isə “Forever 21” mağazasının yerində açıla bilər.
“Knigt Frank”ın ticarət mülkünün ticarət mərkəzlərinin bölməsinin rəhbəri Yevgeni Hakberdiyevin sözlərinə görə, COS-un sərt tələbləri markanı məmnun salacaq mağazanın tapılmasına mane olub. Hakberdiyev güman edir ki, Avropada markanın orta qəbzi 150 avroya çatır, amma bununla belə markanın məhsullarına Moskva və Sankt-Peterburqda tələbat olacaq.
Qeyd edək ki, COS markasına sahib olan H&M Avropada geyim ticarəti üzrə ən böyük pərakəndə şəbəkəsidir. Riteylerə filial şəklində birləşmiş şirkətlər dünyanın 62 ölkəsində yerləşib. Şirkətin əsası 1947-ci ildə Erlinq Persson tərəfindən qoyulub.
