Braziliya Turizm Agentiyi (Embratur) Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı (DÇ-2018) ilə eyni zamanda böyük miqyaslı marketinq kampaniyasına başlayıb.
Facemark.az xəbər verir ki, layihə “Happy By Nature” (Təbiətdən gələn xoşbəxtlik) adlandırılıb. Layihənin ideyasında braziliyalıların həyatda bir-birilərinə olan münasibəti və turistlərin ölkələrinə baş çəkəcəkləri zaman əldə edəcəkləri unikal təəssüratlardan danışılıb.
Reklam kampaniyası çöl elanlarını əhatə edib. Belə ki, kampaniya nəqliyyatda Şeremetyevo kimi aeroportlarda reklam edilib. Moskva küçələrində isə artıq 100-dən çox belə elanlar tapa bilərsiniz. Həmin elanlarda isə potensial turistləri Braziliyaya dəvət ediblər. Şeremetyevoda iki ay ərzində böyük reklam lövhəsini görəcəksiniz.
Həmin lövhə isə qeyd etdiyimiz kimi potensial müştəriləri cəlb etməyə hədəflənib. Bundan başqa, paytaxtda kampaniyanın rənglərində parlaq avtobuslar şütüyür. Hətta, braziliyalıların pozitiv münasibətlərini təsvir etmək və ölkənin mədəniyyətinə rusları valeh etmək üçün, məşhur Brazilya müğənnisi Dioqo Noqeyra da Moskva mərkəzində bir neçə konsert verəcək.
“Rusiya Braziliya üçün strateji bazardır və turizm əməkdaşlığının inkişafı üçün böyük potensiala malikdir. Ötən il biz Moskvada Braziliya üzrə turizm ofisimizi açdıq. Bu il isə “Happy By Nature” kampaniyasına start verdik. Bütün bu işlər ilə çalışırıq ki, braziliyalıların qonaqpərvərliyini Rus turistlərinə nümayiş etdirək və potensial işgüzar partnyorların diqqətini cəlb edə bilək. Arzu edirik ki, 2018-ci ildə daha sıx əməkdaşlıq edəcəyik”, - deyə “Embratur”un prezidenti Tete Bezerra bildirib.
Braziliyanın turizm üzrə nazirliyinin illik hesabatına əsasən, 2017-ci ildə Braziliyaya Rusiya turistlərinin ən böyük axını yanvar və dekabrda olub. 2016-cı ildə isə ruslar ən çox Braziliyanın Rio-de-Janeyro şəhərinə baş çəkiblər. Digər şəhərlərin sıralanması isə belə olub. Fos-du-İquasu, San-Paul, Armasa-dus-Buzios və Brazil. 25-31 yaşlarıda olan ruslar Braziliyaya, əsasən mütəqil səyahət edirlər. Onlar ümumi turistlər içərisində payı 35,8%-dir. 32-40 yaş arasında olan rus turistlərinin faizi isə 27,9-dur. Braziliyaya səyahət edən turistlər arasında, əsasən kişilər üstünlük təşkil edir. Braziliyaya səhayət zamanı rusların xərclədiyi pul isə 2017-ci il məzənnəsi ilə 1316 dollar olub.
Mənbə: Sostav.ru
