“Facebook” əfsanəvi futbolçu Kriştianu Ronaldonun iştirakı ilə yeni realiti-şou buraxmağı planlaşdırır.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Variety” yazıb.
“Nəşr qeyd edir ki, hazırda sosial platforma ilə futbolçu arasındakı danışıqlar “Facebook Watch” axın platformasında sənədli layihənin başlanması ilə əlaqədar etdiyi müzakirələr erkən mərhələdədir. Elə buna görə də, şirkət 13 epizoddan ibarət olacaq realiti-şou üçün 10 milyon dollar ödəməyə hazırdır.
Qeyd edək ki, may ayında isə məlum olmuşdu ki, o, qadın futbolçulara həsr edilmiş serialda icraçı prodüser təyin edilib. Layihə “Facebook”un sifarişi əsasında “Pola Li” studiyasında çəkiləcək. Güman edilir ki, serial Nyu-York məktəblərindən birinin qadın futbol komandasına həsr ediləcək.