Köhnə İngiltərə Kraliçəsi Viktoriya Cənubi Afrika müharibəsi dövründə əsgərlərə bir qutu şokolad göndərib. Həmin qutu yalnız 118 ildən sonra ortaya çıxıb.


Facemark.az xəbər verir ki, kraliçə 1899-cu ildə müharibədə vuruşan əsgərlərin əhval-ruhiyyəsini artırmaq üçün onların hər birinə şokolad göndərmək istəyib. Kral rəsmiləri isə o dövrdə şokolad istehsal edən “Cadbury”, “Fry”, “Rowntree” şirkətlərə müraciət ediblər.


Ancaq adıçəkilən 3 şirkət də müharibənin əleyhinə idi. Onlar insanlar arasında müharibədən mənfəət əldə edən şirkət imici yaratmaq və kraliçəyə boyun əyməyi rədd edib etibarlarını zədələmək istəmirdilər.



Belə bir vəziyyətdə adıçəkilən şirkətlər Kraliçədən beş qəpik belə almadan, hazırladıqları şokolad qutularının üzərinə öz markalarının adlarını yazdırmadan əsgərlərə göndərdilər. Amma sonra şirkətlər geri addım atıb bəzi şokoladların üzərinə marka adlarını qeyd etdilər.


Ötən ay Birinci Dünya Müharibəsi dövründə hədiyyə edilən antik şokolad qutusu hərraca çıxarılmışdı. Londonda yaşayan kolleksiya maraqlısı qadın aksioner Paul Cooperla əlaqə saxlayır və ona deyir ki, əlində daha köhnə olan bir qutu şokolad var.



Qadının antik əşya dükanı 25 il bundan öncə bağlanmışdı və satılmayan bəzi əşyalar isə əlində qalmışdı. Sirmələrini axtaran zaman Carlisle kəndində, Cənubi Afrika Müharibəsi dövründə istehsal edilən bir qutu şokolad qutusu tapıldı. Şokoladla hələ də içində idi. Cooper deyib ki, müharibə dövründə bəzi əsgərlər Kraliçənin göndərdiyi şokoladları çox sevib, onlar qutuları heç açmadan ailələrinə göndəriblər.


Qeyd edək ki, antik şokolad qutusu bu çərşənbə hərraca çıxarılacaq.


Mənbə: Hürriyyet


http://www.britishmilitarybadges.co.uk/products/boer-war-cadburys-queen-victoria-chocolate-gift-tin-and-original-chocolate.html