ABŞ ilə Çin arasında ticarət müharibəsinin olduğu bir dövrdə “Tesla” şirkəti Çin bazarında fabrik açır.
Facemark.az xəbər verir ki, məsələ ilə bağlı olaraq “Tesla” şirkətinin rəhbəri Elon Musk (İlon Mask) və Çinin Şanxay şəhərinin bələdiyyə sədri Ying Yong arasında saziş imzalanıb.
Çinin Şanxay şəhərində olacaq fabrikin 2-3 ildən sonra fəaliyyətə başlayacağı və ildə 500 000 nəqliyyat vasitəsi istehsal olunacağı bildirilib. Fabrik “Tesla”nın ABŞ sərhədləri xaricindəki ilk “Gigafactory” olacaq.
“Tesla” 2014-cü ildən bu yana Çin bazarında elektrik mühərrikli nəqliyyat vasitələrini satır. Amma kompaniyanın Kaliforniyadan Çinə göndərdiyi nəqliyyat vasitələrinə 15% idxalat vergisi əlavə olunur. Buna baxayaraq Çinin “Tesla” üçün ABŞ-dan sonra ən böyük ikinci bazar olduğu da danılmaz faktdır. Çinin ölkəyə idxal olunan nəqliyyat vasitələrinə idxalat vergi tətbiqi isə ABŞ prezidenti Donald Trumpun gömrük vergilərini artırması olmuşdur.
Qeyd edək ki, şirkətin Çində elektrik mühərrikli nəqliyyat vasitələrinin satışı ötən il 82% artaraq 468 000 olub. Bildirilir ki, kompaniya Şanxayda, həmçinin araşdırma şirkəti də təsis edəcək.
Xatırladaq ki, qeyd olunur ki, fabrik Şanxaydakı böyük həcmli xarici sərmayə hesab olunur.
