Rusiyada təşkil edilən FIFA 2018 futbol üzrə Dünya Çempionatında oynadığı matçlarda ona qarşı edilən həmlələrə şişirdilmiş reaksiya verən, yeri gəldi gəlmədi yıxılan və sosial mediada məsxərəyə qoyulan Braziliyalı ulduz futbolçu Neymar, son olaraq bir fonta ilham olub.
Facemark.az MediaCat-a istinadən xəbər verir ki, Braziliyanın kreativ agentliyi “Mutato”nun art direktoru Luciano Jacop, Neymarın yıxılmalarından 26 ayrı hərf xarakteri yaradıb.
Jacopun hazırladığı və pulsuz olaraq yüklənən font “Ney Type” adını daşıyır.
