Dünyanın ən böyük içki və qida istehsalçı şirkəti olan “PepsiCo” 2018-ci ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb.


Facemark.az xəbər verir ki, şirkətin ikinci rübdə aldığı nəticələrə, əsasən demək olar ki, birinci rübdə əldə edilən uğur davam edib. İlin ikini rübündə “PepsiCo”nun xalis dövriyyəsi 2,4% artım göstərib, qlobal miqyasda orqanik dövriyyənin artması isə 2,6% səviyyəsində olub. Beləliklə, ikinci rübdə xalis dövriyyəsi 16 milyard dolları aşan “PepsiCo”nun səhm üzrə orqanik mənfəəti 7% artaraq 1,61 dollara çatıb.


2018-ci ilin proqnozlarını yerinə yetirən şirkət ilin sonunda dövriyyədə ən azı 2,3% orqanik inkişaf əldə edəcək. Səhm üzrə gəlirlərini də yenə orqanik olara 9% artıraraq 5,70 dollar səviyyəsinə çıxaracaq.


2018-ci ilin ikinci rübündə, ilin əvvəlindən müəyyən edilən hədəflər üzrə düz istiqamətdə irəlilədiklərindən məmnun olduqlarını deyən, “Pepsi Co”nun İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru (CEO) Indra Nooyi “Xüsusilə inkişaf etməkdə olan bazarlarda davamlı inkişafımız beynəlxalq əməliyyatlarımızı önə apardı. Türkiyənin bir hissəsi olan ESSA bölgəsi (Avropa və Səhra Altı Afrika) içindəki bütün ölkələr dövriyyələrini orqanik bazda yüksək tək xanalı rəqəmlərə gətirib çıxardılar. Türkiyədəki əməliyyatlarımız isə cüt xanalı orqanik dövriyyə əldə etdi. Uğurlu investisiyalar, onları bir bazardan digərində tətbiq etmək və qlobal markalarımızı yerli bazarda daha da mənalı hala gətirmək üçün yenilikçi yolları axtarmaqda davam edirik. Bu istiqamətdə olan səylərimizin güclü nəticələr almağımıza önəmli təsiri olduğunu düşünürəm”.



Mənbə: Pazarlamasyon