Luvr muzeyi Fransa futbol komandasını qələbə ilə bağlı qeyri-adi formada təbrik edib.
Facemark.az xəbər verir ki, Luvr muzeyində əsas eksponat olan Mono Lizaya Fransa futbol komandasının formasını “geyindiriblər”.
Bu barədə isə “Sport24” saytı muzeyin rəsmi “Twitter” hesabı üzərində paylaşıma istinadən edərək yazıb.
Qeyd edək ki, futbol üzrə Dünya Çempionatında (DÇ-2018) qələbəni Fransa komandası əldə edib. Belə ki, Fransa milli komandası Xorvatiya futbol komandasının üzərində 4:2 hesabı ilə qalib olub. Bu isə o deməkdir ki, Fransa öz tarixində artıq ikinci dəfədir ki, futbol üzrə dünya çempionatının qalibi olur.
