2018-ci ilin iyun ayında “Südlü kofe” indeksi may ilə müqayisədə 4,5%, 2017-ci ilin iyun ayı ilə müqayisədə isə 5,8% azalıb.


Facemark.az xəbər verir ki, bu barədə “Ria Novosti” “Romir” araşdırma şirkətinin tədqiqatına istinadən xəbər verir.


İndeksin hesablanması üçün əsas baza isə qiymətlər və kofe, süd, qablaşdırılmış su və şokoladın həcmi olub. Tədqiqat 40 000 rus əhalisini və əhalisinin sayı 10 000 -dən çox olan 220 şəhərin 15 000 ev təssərrüfatı üzrə aparılıb.


İyunda indeks 862 xal olub. Bu göstərici təkcə ilin başlanğıcından olan ən aşağı göstərici deyil. Belə ki, 2015-ci ilin iyul ayında indeks 806 xal olub. May ilə müqayisədə ruslar indeksə daxil olan bütün məhsullar üzrə istehlakı azaldıblar. Amma su isə istisna olub. Belə ki, su üzrə bazarda istehlakın artımı 4,3% təşkil edib.


Tələbatın artması cüzi də olsa, suyun qiymətinə təsir edib. Cəmi 1%. Bütün qalan məhsullar, məsələn, kofenin istehlakı 5,9%, südün 1,1%, şokoladın isə 4% azalıb. İndeksə görə, iyunda rusları mütləq almalı olduğu məhsul sadəcə su olub. Yerdə qalan digər məhsulların tələbatının aşağı düşməsi, təbii ki, qiymətləri də endirib. Araşdırmaya görə, suya olan tələbatın artması əlbəttə ki, mövsüm ilə bağlı (yayın gəlişi) olan faktordur. Tədqiqatda qeyd olunur ki, rusların süd, kofe, şokolada olan tələbatı qış aylarında yenidən artacaq.