“Samsung” yeni reklam çarxında “Galaxy S9” flaqmanı ilə “Apple” kompaniyasının istehsalı olan “iPhone X”i müqayisə edib.


Facemark.az xəbər verir ki, “Samsung” yeni videosunda “Apple” mağazasına baş çəkən və piştaxtada telefonlara baxan potensial müştəriyə “Apple Store” mağazasının əməkdaşı yaxınlaşır.


Müştəri satıcıdan soruşur ki, doğrudanmı “Galaxy S9” modelində məlumatların yüklənməsi sürəti “iPhone” ilə müqayisədə yüksəkdir? Bu sual isə “Apple Store” mağazasının işçisinin utancına və baş qarışıqlığına səbəb olur.


Çarxın sonunda isə ənənəvi olaraq “Samsung” izləyənlərə “Galaxy”yə keçməyin mümkünlüyündən bəhs edir.


Daha əvvəlki iki video çarxda da Cənubi Koreyanın “ağıllı” telefon istehsalçısı olan “Samsung”un flaqmanlarının “Apple”in istehsal etdiyi Amerikan “ağıllı” telefonları ilə müqayisə edilib. Çarxlarda “Apple”in çatışmazlıqlarına və texnoloji geri qalmışlığına fokuslanıb və lağa qoyulub.


Yeni video



Köhnə videolar