Fast-food restoranları şəbəkəsi olan “McDonald's” Rusiyanın illik olaraq gəlirləri (2017-ci il nəzərdə tutulur-red.) son 19 ildə ilk dəfə azalma ilə müşahidə olunub. Dövriyyədə azalmanı isə restoranların hissələrinin françayzinq partnyoruna satışı ilə izah edilib.


Hesabat tərtib olunan zaman şəbəkənin paytaxtda olan restoranları nəzərə alınmayıb.


Facemark.az xəbər verir ki, RBK yazır ki, SPARK xidmətinin məlumatlarına görə, 2017-ci ildə şirkətin dövriyyəsi 66 815 milyard rubldan, 66 272 milyard rubla düşüb.


Ötən ildə kompaniyanın xalis mənfəətində azalma müşahidə olunub və hazırda bu göstərici 2,88 milyard rubldur. Daha əvvəl isə bu qərəm 4,402 milyard rubl olub.


Hesabatda qeyd edilir ki, Moskava və Moskva ətrafında yerləşən restoranlar şəbəkəsinin gəlirlərində ötən il azalma müşahidə olunmayıb. Belə ki, “McDonald's” Moskvanin gəlirləri 2017-ci ildə 8,65% və ya 14,6 milyard rubla qədər artıb. Amma xalis mənfəət isə 18,9% və ya 654,6 milyon rubla qədər azalıb.