Amerika şirkəti “Creator” innovasiya mexanikləri ilə və onların hazırlanması, əsasən də aşpazlıqda robot texnologiyasının tətbiqi ilə məşğul olur. Şirkət yeni layihəsi olan və burger hazırlaya bilən robot aşpazı təqdim edib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, robot təkcə burgeri qızartmır, o həmçinin fərdi sifarişləri də qəbul edərək, burgerə fərd üçün vacib olan inqredientləri əlavə edir.
Burgerin hazırlanması ilə robot cəmi 5 dəqiqə vaxt sərf edir və qiyməti isə 6 dollardır. Əlbəttə ki, insan əməyi olmadan robot bütün bunları edə bilməz. Məsələn, ona müştərilərin sifarişlərinin qəbul edilməsində, qabları məhsullar ilə doldurulmasında və sifarişlərin qonağa çatdırılmasında kömək yenə də insandır.
Amerika şirkəti yeniliyi çərçivəsində gələcəkdə qəlyanaltılar hazırlaya bilən robot aşpazlar yaradacaq. Bütün xərclər minimallaşdırılmışdır. Belə ki, ənənəvi burger hazırlayan insandan fərqli olaraq, robot daha az enerjidən istifadə edir və daha minimal qida tullantıları qoyur. Bundan başqa, robot bir nəfər üçün lazım olan avadanlıqlardan daha az yer tutur, bu səbəbdən restoranın icarə haqqını da minimallaşdırmaq olacaq.
Qeyd edək ki, “Creator” San-Fransisko şəhərində aşpaz-robotların burgerlər hazırladığı ilk restoranı sentyabrda açmağı planlaşdırır.








