Bu günə qədər sevsək də, sevməsək də onun adını bir dəfə də olsun eşitmisiniz, yaxud mahnılarına qulaq asmısınız. Ledi Qaqanın səsi, tərzi, həyatı haqqında hər birimiz nəsə bilirik. Amma gəlin indi bunlar haqqında deyildə, onu məşhurlaşdıran marketinq strategiyalarından bəhs edək və bir az da olsa dərs çıxarmağa çalışaq. 30 yaşlı sənətçi 2014-cü ildə “Forbes” nəşrinin “Dünyanın Ən Güclü 100 Məşhuru” siyahısında 33 milyon dollarlıq gəliri ilə 19-cu sırada qərarlaşıb.
Onun 24 milyondan çox albom, 125 milyondan çox isə “single” satışları mövcuddur. Ledi Qaqa musiqi karyerasında uğurunu, təkcə satışlarla deyil, həmçinin 5 dəfə “Grammy” mükafatı alaraq da sübut etmişdi. Son günlər onun haqqında çox söz-söhbətlər dolaşmasa da, onun “Twitter” sosial platformasında 45 milyon nəfər izləyicisi, “Facebook”da isə 67 milyon nəfərdən çox bəyənmə sayı var. Hamımız bilirik ki, “Ledi Qaqa Əfsanəsi” birdən-birə meydana gəlməyib.
Gəlin Ledi Qaqanın Əfsanəsinə strateji olaraq yanaşaq və bu strategiyadan nələr əldə edəcəyimizə baxaq.
- Hekayə yaratmaq
Məşhur “atalar sözündə” deyildiyi kimi “Content is King”. Ledi Qaqanın strategiyasında məhz bu amil var. Ledi Qaqa başa düşür ki, insanlar insanları izləyir və bunun üçün də o bir hekayə və xarakter yaradıb.
Sənətçi hər zaman deyir ki, “There is nobody like me and there never was”. Yəni, “Mənə bənzəyən biri yoxdur və heç vaxtda olmadı”. Onun fikrincə, bunu hər qadın özü üçün də deməlidir. O, davamlı olaraq özünü güclü hiss etdiyi mövzulardan bəhs edir və populyarlığını itirməməyə çalışır. Müğənni bir tərəf seçir və bunun arxasında uğurla dayanır. Belə ki, fərqli olduqları üçün təhqir dilən cəmiyyətdə özünü marjinal (kənara atılmış) hiss edən insanların ən böyük dəstəkçilərindən biri elə Ledi Qaqadır. Hətta 2012-ci ildə Rusiya təşkil edilən konserti ərəfəsində LGBT haqqları ilə bağlı danışdığı üçün homoseksual təbliğat iddiası ilə həbs edilmə təhlükəsi ilə də qarşılaşıb. Deməli, marketoloqlar da bir tərəf (hədəf kütlə) seçib, onun arxasında dayanmalıdırlar. Bu, doğru insanları özünə tərəf çəkmək üçün istifadə olunan ən yaxşı üsullardan biridir.
- 1%-ə fokuslanmaq
Əslində biz bu strategiyanı Ledi Qaqanın “sədaqət marketinqi” yaratmasının tipik nümunəsi adlandıra bilərik. Onun sosial mediada milyonlarla izləyicisi olsa da belə, 1% təşkil edən hədsiz fanatik pərəstişkarlarına fokuslanır. Kiçik, sadiq, stabil pərəstişkar bünövrəsi yaradır. Onları isə “WOMM” (ağızdan-ağıza marketinq) üçün istifadə edir.
Məsələn, o pərəstişkarları ilə veb-sayt üzərindən ünsiyyət qurur, onlara xüsusi tvitlər göndərir. O bilir ki, onlara pulsuz konsert biletləri verməklə, konsertdə səhnəyə çıxartmaqla, onları super ulduz kimi hiss etdirməklə onların qəlbini qazana bilər. Sanki müğənni öz pərəstişkarlarının fanatiki kimi rəftar edir. Burdan belə nəticəyə gəlmək olar ki, markalar da məhz 1% pərəstişkar yaradıb, öz mesajlarını məhz onlar vasitəsilə hədəf kütləyə çatdıra bilərlər.
- Cəmiyyət yaratmaq və ora aid olduğunu hiss etmək
Yuxarıda bəhs etdiyimiz fanatik pərəstişkarla kütləsi https://littlemonsters.com/ saytı üzərindən profil yaradır, foto, tur, konsert məlumatları paylaşırlar. Həmçinin, Ledi Qaqa bu veb-sayt üzərindən onlar ilə həftədə bir dəfə də olsun ünsiyyətə keçir. Pərəstişkarlarına şəxsi mesajlar göndərir, paylaşımlarına komentlər yazır. Beləliklə, o öz pərəstişkar kütləsi üçün yaratdığı onlayn cəmiyyət ilə onları bir arada saxlayır. Onlara bir ad verir (Little Monsters) və ora aid olduqlarını hiss etdirir.
- Fərqli olmaq
Ledi Qaqa üçün hər nə qədər bu ifadə streotip olsa da, deməliyik ki, bu qadın FƏRQLİDİR. Bu qadın mükafatlandırma mərasiminə ətdən əlbisə ilə gəlməkdə qəribə heç nə görmür. Çılğın makyajları, üzərində beş saniyə belə dura bilməyəcəyiniz ayaqqabıları var, konsertində pionosunu belə yandıra bilər. Bundan başqa, onun fərqliliyi ondan ibarətdir ki, o fərqi belə ağıllı şəkildə yaradır və öz mövqeyini ortaya qoyur. Onun strategiyası insanlara mən fərqliyəm demək əvəzinə, fərqi onlara göstərməkdir.
- Qoyun sizin haqqınızda danışsınlar
İnsanlar sizin haqqınızda nəyi danışa bilər? Ledi Qaqa o nəyi elə özü yaradır. Elə buna görə də, o “Word of Mouth Marketing” (Ağızdan-Ağıza Marketinq) kraliçəsidir. Çılğın müğənni deyir: “İnsanlar həmişə danışır, gəlin onlara danışaqcaq nəsə verək”. Elə şeylər edir ki, haqqında xəbərləri oxumasanız belə onu eşidirsiniz. O, sadiq heyranlarını “kiçik canavarlara” canlı çıxış, fotolarını paylaşmasına icazə verir, elə buna görə də qarşımıza daim yaradıcı kontent çıxır.
Ledi Qaqanın PR komandası elektriki ixtira etməyib, sadəcə günün kommunikasiya alətlərindən, sosial mediadan ustalıqla istifadə edib. Bu məqalədə bəhs etdiyimiz nüansları siz öz markalarınız üzərində tətbiq edə bilərsiniz. Sadiq müştəri, sədaqət marketinqini necə etməliyik? Nə qədər yaxşı, qeyri-adi, operativ kontent sizin hədəf kütlənizin ürəyini ələ ala bilər?, Fərqli olduğunuzu necə göstərəcəksiniz?
Son onlaraq o 1%- necə tapacaqsınız və onları bir-birləri ilə və sizinlə ünsiyyətdə olmasını necə təmin edəcəksiniz? Ağızdan-ağıza marketinqin faydalarından necə təsirli şəkildə istifadə edəcəksiniz?
Qeyd etmək yerinə düşər ki, amerikalı müğənni Ledi Qaqa “Bakı 2015” Avropa Oyunlarının açılış mərasimində iştirak edib. O, çıxışında Con Lennonun “İmagine” mahnısını ifa etmişdi.
Mənbə: Pazarlamasyon.com



