“Burberry” moda evinin kreativ direktoru Rikordo Tişi minimalizmin açıq tərəfdarıdır.
Facemark.az xəbər verir ki, Tişinin “Instagram”da təqdim etdiyi ingilis markasının yeni loqotipində də bunu açıq aydın sezmək olar. Yeni loqo hələ sentyabrda Londonda təşkil edilən moda həftəsində təqdim edilmişdi. Yeni loqoda əlavə detallar yığışdırılıb, yalnız brendinin adı qalıb.
Sentyabr 2017, moda həftəsi
Köhnə loqo
Yeni loqo
Yeni monoqram
Qeyd etmək yerinə düşər ki, axırıncı dəfə “Burberry” markasının loqotip 20 il bundan öncə dəyişdirilmişdi. “Burberry” markasının qurucusu Thomas Burberrynin baş hərfləri ilə birlikdə monoqram da yenilənib. İndi monoqram qəhvəyi və bal rənglərinin tonlarında olan T və B hərflərindən ibarətdir.
Xatırladaq ki, sonuncu dəfə lüks mallar istehsalçısı olan “Burberry” şirkəti təxminən 38 milyon dollarlıq məhsulunu (geyim, aksessuar, kosmetika) məhv etməsi müzakirələrə səbəb olmuşdu.







