“Nike” yeni “PhantomVSN” ayaqqabılarının reklamı üçün sözün əsl mənasında ruhlardan istifadə etməyə qərar verib. Məşhur futbolçular idman meydançasında bədheybətlər kimi görünməyə başlayıb.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Kabusu oyandır” adlı reklam çarxında biz sadə şəhər əhalisini görürük.
Onlar insanlar tərəfindən döyülə bilməyəcək sirli bədheybətlərdən bəhs edirlər. Mistik bədbeybət ən yeni əfsanələr ilə zənginləşdirilib. Onlar “Nike” “PhantomVSN”un sayəsində o qarşısına çıxan hər şeyi vururlar.
Çəkilişlərdə Flipp Koutinyo, Neymar, Ronaldinyo, Cennaro Qattuzo, Kevin De Bruyne, Andrea Pirlo, Pierre-Emerik Aubameyanq iştirak ediblər.
Reklam çarxı
Çəkiliş prosesi