Məşhur kosmetika istehsalçısı olan “Revlon” “Grey” agentliyi ilə iyunda başa çatmış olan əməkdaşlıq haqqında müqaviləni uzatmaqdan imtina edib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəhəng kosmetika istehsalçısının rəhbəri Debra Perelman isə deyib ki, böyük kreativ agentliyi “The Red House” adlı in-house agentliyi əvəz edəcək.
D. Perelman qeyd edib ki, agentlik məzmunun yaradılması üzərində işləyəcək və xərclərin effektivliyinin yüksəldilməsinə məsul olacaq.
“Grey” ilə münasibətlərin qırılmasında başlıca faktor “Revlon”un rüblük gəlirinin 6% düşməsi səbəb olub. Bu isə analtiklərin gözləntiləri ilə üst-üstə düşməyib.
“Grey” agentliyi “Revlon”un flaqman markasının satışlarının artmasına cavabdehlik daşıyırdı, amma nəticələr onu göstərdi ki, markanın flaqmanın satışları 11% enib.
Perelman isə azalmanı SAP sistemində uğursuz planlaşdırma və istehlakçıların azalması ilə izah edib.
Xərclərin optimallaşdırılması hər zaman şirkət üçün əhəmiyyətli məsələlərdən biri olub. Amma bir il ərzində şirkətin zərəri demək olar ki, 3 dəfə artıb və II rübün nəticəsinə görə 122,5 milyon dollara yüksəlib. “Revlon”un flaqman markasının satışlardan başqa, azalma brendin ətir biznesindən də yan keçməyib. Belə ki, şirkət, hətta bəzi markalar üzrə lisenziyadan da məhrum olub. Müvəffəqiyyətli dövr Çin bazarı (+46%) və vergisiz ticarətin (+35%) seqmenti üzrə baş verib.
Xatırladaq ki, hələ may ayında şirkət elan etmişdi ki, onlar qlobal səviyyədə media planlanması məsələsinə yenidən baxacaqlar. Şirkətlə 7 il əməkdaşlıq edən “Mediacom” kompaniyası isə tenderdə iştirak etməkdən imtina edib. Yeni partnyor isə “IPG Mediabrand” daxil olan “Initiative” agentliyi olub. OMD (Omnicom) və “Havas” isə adıçəkilən agentliyin əsas rəqibləri sırasında yer alıb.
“Revlon”un qısa müddətli hədəfləri arasında markaları gücləndirmək və kommunikasiya, marketinq kanalları üzərində çalışmaqdan ibarətdir. Kompaniya çalışır ki, onların məhsulları offlaynda olduğu kimi, onlaynda da əlçatan olsun.
“Elizabeth Arden”, “Elizabeth Taylor”, “Cutex”, “Almay” markalarının sahibi e-ticarət, rəqəmsal marketinq, məlumat və analtika, top menecerlərin keyfiyyətinin artırılması üzərində işləyir. Perelmanın sözlərinə görə, bu sahələr üzrə inkişaf şirkət üçün əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, 2016-cı ildə “Revlon” reklama 400 milyon dollar pul xərcləyib. “Kantar Media”nın məlumatına görə, ötən il təkcə “Revlon”un ABŞ-da olan markalarından birinin büdcəsi 59 milyon dollar təşkil edib.
