“Panasonic” şirkəti ayaqqabıdan qoxuların aradan qaldırılması üçün “MS-D100” adlı “ağıllı” təravətləndirici qurğu hazırlayıb.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətin sayında yer alan məlumata görə, yeni qurğu xoşagəlməz qoxuya qarşı həssas olan Yaponiya bazarında satılacaq. Şirkət məhz MS-D100 satışına güclü qoxuya yaponların kəskin münasibətinə görə, Yaponiyadan başlayacaq.
Ölkədə, hətta kəskin qoxunu cəmiyyətdə yaratdığı narahatlığı ifadə edən “smell harassment” adlı termin də mövcuddur. “Panasonic”in yeni məhsulu məhz bu suallar üzərində narahat olan istifadəçilərə hesablanıb. Qurğunu işə salmaq üçün onu ayaqqabının içinə bərkitmək və seçilmiş saatdan, məsələn 5-7 saat belə vəziyyətdə qoymaq lazımdır.
Qurğunun iş prinsipi oksigenin reaktiv formalarının hərəkətinə əsaslanıb, belə ki, oksigen ayaqqabını ionlaşdırır və qoxuya səbəb olan bakteriyaları öldürür. Yeni məhsul, həm akumulyatorla, həm də məişət cərəyan xətti ilə işləyir.
MS-D100 Yaponiya bazarında satışlara sentyabrın 20-dən başlayacaq. Məhsulun qiyməti barəsində isə hələ ki dəqiq informasiya yoxdur.

