Türk Hava Yolları (THY) və “Türk Telekom” ABŞ-dan olan qurumlara reklam verməyəcəyini açıqlayıb.
Facemark.az xəbər verir ki, məsələ ilə bağlı olaraq Türk Hava Yolları Mətbuat Müşaviri Yahya Üstün “Twitter”də ABŞ-a reklam vermə həştəqi #ABDyeReklamVerme) ilə tvit atıb.
O, deyib ki, “Türk Hava Yolları olaraq dövlətimizin və millətimizin yanındayıq: “Məsələ ilə bağlı olaraq lazımı təlimatlar agentliklərimizə verilib”.
“Türk Telekom”un Korporativ Əlaqələr üzrə Direktoru Hamdi Ateş isə “Twitter”də kampaniyaya qoşulduqlarını deyib. Şirkətin rəsmisi bildirib ki, “Türk Telekom ailəsi olaraq biz də ABŞ-a reklam vermə kampaniyasına qoşuluruq. Dövlətimizin və millətimizin yanında yer alırıq. Məsələ ilə bağlı bütün lazımı təlimatlar agentliklərimizə verilib”.
Qeyd edək ki, bildirilir ki, “Fox”, “Google”, “Facebook”, “Twitter”, “Youtube” və “Instagram”da reklamlarını dayandıran yerli və milli firmalar “Vakıf Emeklilik”, “Biruni Üniversitesi”, “Boydak”, “KuveytTürk”, “Emlak Konut”, “Filli Boya”, “Türksat”dır.


