IKEA Hindistandakı ilk mağazasını Haydarabad şəhərində açıb. Ancaq məhsulların çatdırılmasını həyata keçirtmək üçün xoş qarşılanan yerli addım atıb.
Facemark.az xəbər verir ki, şirkət nəqliyyat vasitələrinin siyahısına standart nəqliyyat vasitələrindən əlavə, yüzlərlə elektrikli rikşalar (rickshaw) əlavə edib. Bu, rikşalar mağazanın bütün nəqliyyat vasitələrinin 20%-i deməkdir.
Mühərrikli və 3 təkərli rikşalar, 400 000 m²-lik yeni IKEA mağazasının damına yerləşdirilən 4000 günəş panelinin yaratdığı enerji ilə şarj edilir. Belə bir mühərrik bölgədə digər yanacaqlar ilə çalışan nəqliyyat vasitələri ilə müqayisədə daha az ətraf mühitə ziyan vurur.
Hətta IKEA, gələcəkdə bütün müştəriləri və çalışanları üçün elektrikli vasitə şarj xidməti də təklif etməyi planlaşdırır. Günəş panellərindən əldə edilən enerjinin qalan qismi mağazanın içinin işıqlandırılmasına və digər cihazları işlək vəziyyətinə gətirmək üçün istifadə olunacaq.
Baxdıqca ürəyinizə fərahlıq gətirən motivlər
Rikşalar markanın loqosunda gördüyümüz mavi-sarı rəngə boyanıb. İçində isə rəngarəng oturacaqlar və yastıqlar görmək mümkündür. Düzdür, rikşalar böyük avadanlıqların daşınması üçün nəzərdə tutulmasa da şəhərin dar küçələri və xaotik tıxacları arasından asanlıqla keçməyə şərait yaradacaq. Beləliklə, kiçik mebellərin çatdırılması sürətləndiriləcək.
Qeyd edək ki, markanın Haydarabaddakı mağazası avqustun 9-da açılıb. Mağaza minlərlə həyəcanlı müştərinin axınına məruz qalıb. Bu da bölgədəki bütün yollarda tıxacın yaranmasına səbəb olub. IKEA Hindistandakı bu həyəcana və bəyənilməyə qarşılıq olaraq 2025-ci ilə qədər Hindistanda 25 mağaza açmağı hədəfləyir.
Xatırladaq ki, rikşalar Cənubi, Şərqi Asiya, həmçinin Cənubi Afrika İttifaqında yerli insanların istifadə etdiyi nəqliyyat vasitəsidir.
Mənbə: bigumigu.com


