Amerikada çox müzakirə edilən “çəhrayı vergi” problemi “Burger King”in kommunikasiya kampaniyasının yeni mövzusu olub.
Belə ki, ölkədə marketlərdə kişi və qadınlara təklif edilən bəzi məhsullar çəhrayı və mavi rəngə boyadılıb. Qadınlara təklif edilən çəhrayı məhsullar isə mavi məhsullara görə daha bahalı satılıb. Bu isə əlbəttə ki, müştərilərin reaksiyasına səbəb olub.
“Burger King” də klassik məhsulu olan “Chicken Fries” qadınlara üçün dizayn edilən çəhrayı qutulara qoyub üzərlərinə “Chick Fries” yazaraq gələn qadın müştərilərindən əlavə ödəniş istəyib. Müştərilərin verdiyi reaksiyalar ilə kommunikasiya kampaniyası əsl sosial təcrübəyə çevrilib.
