“Nike” irqçi qalmaqala görə, Cənubi Afrika Respublikasında (CAR) bir neçə mağazasını bağlamaq məcburiyyətində qalıb.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, markanın belə bir addım atmasına səbəb isə yayılan video olub. Belə ki, videoda Adam Katzavelos adında ağdərili kişi Cənubi Afrikalıları ləhcəsində deyir ki, ətrafda bir nəfərdə olsun “kafra” yoxdur. Yer üzündəki cənnətdə lənətə gəlmişlər”. Belə ki, əvvəllər Avropalılar Afrikalıları təhqir etmək üçün kafra sözündən istifadə edirmişlər.
Çarx yayılandan sonra, məlum olub ki, videoda bu sözləri işlədən şəxsin həyat yoldaşı “Nike”ın Cənubi Afrika Respublikasında yerləşən mağazasında çalışan işçidir.
“Nike” isə dərhal bəyanatla çıxış edib və marka qeyd edir ki, onlar istənilən diskriminasiyaya qarşıdırlar: “Biz hər bir insanın dini, irqi, milliyyəti, cinsi, seksual oriyentasiyasından asılı olmayaraq potensialına inanırıq”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, oxşar hadisə bu ilin yanvarın başlanğıcında geyim məhsullarının pərakəndə istehsalçısı olan İsveçin H&M markasının da başına gəlmişdi. Belə ki, marka reklam kampaniyasında qaradərili kiçik uşağa köynək geyindirmişdi. Üzərində isə “cəngəllikdəki ən havalı meymun” sözləri yazılmışdı. Bu hadisədən sonra adıçəkilən markanın CAR-da mağazaları talanlara məruz qalmışdı.