Britaniyanın hərrac evi olan “Christies” Monetdən Pikasso, Da Vinçiyə qədər məşhur rəssamların əsərlərini aksionda satıb. Bu dəfə də hərrac evi yeni portreti hərraca çıxaracaq. Amma onu ərsəyə gətirən insan yox, sünii intellektdir. Belə ki, “Christies” tarixində ilk dəfə olaraq aksiona süni intellektlə hazırlanmış portret qoyacaq. Hərrac oktyabrın 23-dən 25-dək davam edəcək.


Facemark.az xəbər verir ki, portretin ilk qiyməti 7 000 funt sterlinqdən 10 000 funt sterlinqə qədər təşkil edəcək.



Portretin ölçüsü isə 70×70 sm-dir. İlkin adı “Edmond Bellamynin Portreti” adlı rəsm “Obvious” neytral şəbəkəsi tərəfindən hazırlanıb. Portretdə ağ yaxalıqlı, qara əlbisə geyinmiş və üzü bulanıq şəkildə olan kişi təsvir edilib. “Obvious” onların internet saytında qeyd olunduğu kimi, dost, rəssam və tədqiqat aparan fransız kollektivdən ibarətdir. Tədris prosesində 14-20-ci əsrlərdə çəkilmiş ümumilikdə 15 min portretin məlumat bazası neyron şəbəkəyə yüklənmişdir. Daha sonra, alınan məlumatlar əsasında, neytral şəbəkə rəsmləri təkrarlayıb.


Şəbəkə xəyalı “Bellamy” ailəsinin üzvlərini təsvir edən on bir portret yaradıb. İstehsalçılar bu adı süni intellekt üzrə məşhur mütəxəssisin şərəfinə yuxarıda adıçəkilən soyadı fikirləşiblər.