Bu gün dünyanın ən çox satılan idman ayaqqabı markalarından biri olan “Nike”ın qurucusu Phil Knight sadəcə 50 dollar ilə xəyallarını reallaşdırıb. Knight 1962-ci ildə ucuz ayaqqabı idxal etmək məqsədi ilə Yaponiyaya səyahət edir. Səyahət üçün lazım olan 50 dolları isə atasından borc alır. Knight Yaponiyada yaşayan amerikalılardan “Onitsuka” adında şirkət haqqında informasiya alır və bundan sonra o, xəyali də olsa yeni biznes qurmaq haqqında düşünür. “Blue Ribbon” adlı şirkətdə çalışdığını deyən məşhur investor, Amerika bazarı haqqında da fabrik işçilərini məlumatlandırır.
Uzun söhbətdən sonra fabrik sahibləri Amerika distributorluğunu onun çalışdığı “Blue Ribbon” şirkətinə verməyi qərara alırlar. O, dərhal atasına zəng edir və fabrikə şirkət adına 50 dollar göndərməsini istəyir. Amerikaya geri dönən məşhur investor “Onitsuka”dan ayaqqabıları göndərməsini istəyir, amma bu müddət ərzində onun pul qazanması lazım idi. Elə buna görə də, o ikinci iş olaraq mühasib işləməyə başlayır. 1964-cü ildə isə ilk ayaqqabı sifarişlərini alır və bu ona əsl sevinc yaşadır. O, dərhal ayaqqabıların keyfiyyətinin yoxlanılması üçün qaçış məşqçisinə göndərir.
Amma o məşqçidən şirkətə ortaq olmaq təklifini alır. O, şirkətin səhmlərinin 49%-ni məşqçisinə satır və o elə həmin gün fabrikdən 1000 dollarlıq ayaqqabı sifarişi istəyir. Onun satışlar üçün ilk hədəfi qaçış komandaları idi. Knight qısa zamanda böyük miqdarda satış etməyi bacarır. İnvestor bankdan kredit alır və Yaponiyada yerləşən şirkətdən daha 900 ayaqqabı sifariş edir. O, daha yaxşı şərik və daha yaxşı məhsul ilə sözün əsl mənasında “baş başa” qalmışdı. Qısa bir müddətdən sonra Knight satışlarda ilk böhranını yaşayır. O daha sonra öyrənir ki, “Onitsuka” Amerikadakı distributorluğunu başqa bir şirkətə həvalə etmək niyyətindədir.
Bu xəbərdən sonra Knight ilk təyyarəyə minir və “Onitsuka” şirkətinin rəsmiləri ilə danışıqlar üçün Yaponiyaya yola düşür. O, uzun görüşün sonunda distributorluq haqqlarını qorumağı bacarır. Knight ayaqları dəstəkləyən yeni modelləri fabrikə göndərir. O, ilk işçisi olan Jeff Johnsonu da şərqə açılan mərkəzə rəhbərlik üçün yola salır. Knight, “Onitskuka”ya alternativ olaraq “Nike” markasını yaratmağa qərara alır. Knight öz markası ilə 1972-ci ildə təşkil edilən beynəlxalq forumda iştirak edir. Bu, təcrübədən sonra “Onitsuka” ilə yollarını ayırır. Knight belə demək mümkünsə artıq öz qanadları ilə uçmağa tam hazır idi.
“Nike” 1974-cü ildə isə 8 milyon dollarlıq satış rəqəminə çatmışdı. “Nike” elə həmin il öz strategiyasında dəyişiklik etdi. Belə ki, marka rəhbərliyi təkcə idmançıları hədəfləyən ayaqqabılar istehsalı ilə məşğul olmaq istəmirdi. Brend gündəlik həyatda da üstünlük verilə biləcək ayaqqabılar yaratmağı planlayırdı. 1976-cı ildə isə marka 14 milyon dollarlıq satış rəqəminə çatmışdı. “Nike” artıq bir sıra ölkələrdə tanınan marka olmuşdu.
Mənbə: CNN


