Nənələr artıq 1 ildir ki, “McDonald's”un reklam çarxlarının əsas qəhrəmanı kimi çıxış edir. 2017-ci ilin oktyabrında biz onların rutin nahar və şam yeməklərinin hazırlığından başqa, çox vacib işlərinin olduğunu öyrəndik və nənələri belə tanıyıb qəbul etdik. Əvvəl nənələr ilə birgə çəkilmiş qısa reklam çarxlarında biz onların masaja getdiyini, hətta VR-eynəyini yoxladıqlarının da şahidi olmuşduq.
Yeni çarxla davam etdirilən kampaniya çərçivəsində biz yenə onların çox məşğul olduğunun şahidi oluruq, amma bu çarxı izləyənlərdə əlavə suallar yaratmır və filmin komikliyini də ləğv etmir. Süjet üzrə biz ekranda toxuma arxasında əsas qəhrəman nənə və onun rəfiqəsini görürük. Onlar “McDonald's”un yeni yeməyini müzakirə edirlər. Nənəni sözlərinə görə, markanın toyuqları da özü kimi şirin və ədviyyatlıdır. Çarx gənc bağbanın səhnəsi ilə bitir. O, nənələrin toxuduğu köynək (axı belə bir işi uzun qol köynəyin altında gizlətmək düzgün olmazdı) geyinib.
Yeni video
Köhnə videolar