“Golden Drum” yaradıcılı festivalı artıq 25-ci dəfədir ki, təşkil edilir. Amma festivalın gənc professionallar sektoru isə belə demək mümkünsə hələ ikinci ilini qeyd edir.


Facemark.az xəbər verir ki, kreativ sektorunda çalışan gənclər bu yarışa qatılmaqla böyük auditoriya qarşısında öz istedadlarını bir daha təsdiq edə biləcəklər.


Yarışın şərtlərinə görə isə müsabiqəyə yalnız 19 oktyabr 1988-ci ildən sonra doğulan yəni, 30 yaşdan aşağı gənclər qatıla bilər. “Golden Drum”un rəsmi səhifəsində yer alan məlumata görə, yarışa Qafqaz ölkələrindən Azərbaycan, Gürcüstan, Ermənistan da iştirak edə bilər. Türkiyə, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistanda, eləcə də Albaniya, Fransa, İrlandiya və s. Avropa ölkəsində yaşayan gənclər də müsabiqədə iştirak hüququna malikdir. Kreativ posterlərin yarışacağı “Young Drummers Competition” müsabiqə şərtlərində də gördüyünüz kimi Azərbaycandan olan iştirakçılarını gözləyir. Yarış Sloveniyanın Piran şəhərində reallaşacaq və son müraciət tarixi sentyabrın 21-dir. Festivala müraciət üçün ərizələr sadəcə ingilis dilində tələb olunur.


“Young Drummers Competition” haqqında qısa:


- Yarışmada iştirak haqqı 25 avrodur. Bura ƏDV-də daxildir.


- Yarışmada birinci olan 3000 avro qazanacaq


- Yarışmada 2-ci və 3-cü yerləri tuta gənclər, 2019-cu ildə həyata keçiriləcək yarışmaya pulsuz qatıla biləcəklər.


- İştirakçılar beynəlxalq agentlik və şirkətlərin qabaqcıl rəhbərləri ilə tanış olmaq fürsəti əldə edəcəklər


Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.


https://goldendrum.com/competition/young-drummers-competition/


Müsabiqəyə akreditasiya üçün aşağıdakı linkə klik etmək olar.


https://engine.goldendrum.com/