“Volkswagen of America” 2019-cu ildən etibarən əfsanəvi avtomobil modelinin buraxılışını dayandıracaq.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, konserindən verilən məlumata görə, hələ ki, adıçəkilən modelin başqa bir brendlə əvəz edilməsi ilə bağlı planlar yoxdur.


Beetle”ni (Böcək) bazardan gedişinə baxmayaraq iki yeni model alıcıların yolunu gözləyəcək. Bunlar “Final Edition SE” və “Final Edition SEL”-dir. Hər iki model kabriolet kuzov və kupe ilə birlikdə təqdim ediləcək. Adıçəkilən avtomobil markaları bu seriyada son olacaq və 2019-cu ilin iyul ayından etibarən buraxılacaq. Hazırda “Volkswagen” ailəyə yönəlmiş avtoistehsalçı olmaq niyyətindədir.


Qeyd etmək yerinə düşər ki, VW Beetle avtomobili ilk dəfə konveyerə 1938-ci ildə çıxıb. Marka standart ailəyə - ata, ana, iki uşağa uyğun olaraq istehsal edilmişdi. Əfsanəvi marka 100 km/saata sürət yığa bilib və 100 kilometrdə yanacağın yalnız 7 litrini xərcləyib. Avtomobilin büdcəsinə gəldikdə isə, marka standart alman ailəsinin cibinə uyğun olub. Marka tarixdə əsas dizaynda dəyişiklik edilmədən qalan avtomobil olub. “Beetle” “Forbes” nəşrinin dünyanı dəyişdirən TOP-10 avtomobil reytinqinə də daxil olmağı bacarıb.