“Aeroflot” aviakompaniyası ilin sonuna yaxın keçirilməsi planlaşdırılan 3 ən böyük tədbirə sponsorluq edəcək.
Facemark.az xəbər verir ki, dövlət satılalmaları üzrə saytın tenderlər bölməsində qeyd olunub ki, Rusiya aviakompaniyası buna görə, 76,3 milyon rublundan (təxminən 1,2 milyon dollar) keçməli olacaq.
Belə ki, qeyd olunub ki, aviakompaniya ümumi məbləğin 20 milyon rublunu (təxminən 300 000 dolları) noyabrın 24-də Milli Musiqi Müfafatlandırılma Mərasiminin (Qızıl Qramofon) XXIII Təqdimatına xərclənəcək. Reklam və informasiya materialları isə Rusiya Mediaqrupunda yerləşdiriləcək. Xüsusilə, RU.TV kanalında sponsorun inteqrasiyası ilə mərasimin anonsu və tədbir ilə bağlı üç süjet yer alacaq. Anons, həmçinin Rusiya radiosu, Hit FM, DFM və Monte-Karlo radiosunda səsləndiriləcək.
Kompaniya 41 milyon rubldan (təxminən 611 000 dollar) çoxunu sentyabrın 21-dən 25-ə qədər keçirilməsi planlaşdırılan Moskva Beynəlxalq Festivlına (Круг света) xərcləyəcək. “Aeroflot” adıçəkilən tədbirin rəsmi tərəfdaşı kimi çıxış edir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə, əsasən “Krılatskoy” kanalda və “Teatr Meydançasında” (Böyük, Kiçik Teatr, RAMT) da video proyeksiya nümayişləri (3D meppinq) olmalı, 3D meppinq nümayiş və festival birbaşa olaraq telekanallarda yayımlanmalı, festivala dəvət biletlərində markanın ticarət nişanı vurulmalıdır. “Aeroflot”un rəsmi tərəfdaş olması ilə bağlı məlumatlar radio, açıq hava reklamları da daxil olmaqla, bütünlüklə interneti əhatə edəcəkdir.
Kompaniyanın pul xərclədiyi üçüncü tədbir isə Tatyana Navkanın buz üzərindəki şousu olacaq.