Amerikan pizzaçı restoranları şəbəkəsi “Papa John’s” şirkətin loqosunda yer alan və qurucunun adı ilə bağlı olan apostrofu ləğv edəcək.
Facemark.az xəbər verir ki, bu barədə AdAge yazır.
Yeni loqotipə, əsasən şirkətin adı “Papa Johns” kimi oxunacaq, şirkətin ənənəvi rəngləri olan qırmızı və yaşıl bir qədər dəyişdirilmiş şəkildə təqdim ediləcək. Eyni zamanda, apostrofun yerinə S hərfini bir qədər yuxarı qaldıran düzbucaqlıdan istifadə olunacaq. Nəşrin yazdığına görə, kompaniya artıq avqustun sonundan etibarən, ABŞ-ın Patent və Ticarət Markaları Üzrə İdarəsinə dəyişikliklər ilə bağlı istəyini bildirib. Nəşr qeyd edir ki, pizza restoranları şəbəkəsi yeni loqotipdən 2019-cu ilin əvvəlindən istifadə etməyə başlaya bilər.
“AdAge”in versiyasına görə, Con Şnatter rəhbər vəzifəsindən getsə də, hələdə kompaniya onun adı ilə assosiasiya edilir. Elə buna görə də, Şnatter bu günə qədər şirkətin əsas səhmdarları arasında yer almaqdadır. Beləliklə, loqotipin dəyişdirilməsi ilə bağlı şirkətin hədəfi kompaniyanın Şnatterin neqativ obrazından ictimai uzaqlaşması ola bilər.
Qeyd edək ki, 2018-ci ilin iyul ayında təşkil edilən korporativ telekonfrans zamanı Şnatter neqr sözündən istifadə etmişdi. Bu sözə görə, o irqçilikdə ittiham edilmiş və onun rəhbər postundan məcburi olsa da getməsinə səbəb olmuşdu. Sonrakı addım ki, kompaniya öz qutularında və reklam kampaniyalarında sabiq rəhbərin obrazından istifadə etməkdən imtina etdilər. Bu isə 2018-ci ilin ikinci rübündə şirkətin maliyyə göstəricilərində enməyə səbəb olmuşdu.
