İtaliyanın “Corriere della Sera”qəzeti öz mənbələrinə istinadən, məşhur moda evi “Versace”nin 2 milyard avroya (təxminən 2,4 milyard dollara) ABŞ-dan olan bir şirkətə satılacağını elan edib.


Facemark.az-ın məlumatına görə, qəzet yazıb ki, satış bu həftə, çərşənbə axşamı reallaşa bilər.


Qəzet markanın kreativ direktoru və vitse-prezidenti olan Donatella Versacenin çərşənbə axşamı Milano kəndində işçi heyətinin olduğu yığıncaq təşkil edəcəyini deyib. Moda evinin alıcıları arasında məşhur ayaqqabı markası “Jimmy Choo”, lüks ləl-cəvahirat markası “Tiffany & Co” və ABŞ-ın moda evi “Michael Kors”un adı keçir. Amma “Bloomberg” və “Reuters”un təxminlərinə görə, marka “Michael Kors”a satılacaq.


Xatırlatmaq yerinə düşər ki, “Versace” meduza başı loqosu ilə tanınır və 2014-cü ildə onun səhmlərinin 20%-ni ABŞ-ın özəl kommersiya şirkəti “Blackstone”ya satılmışdı. Səhmlərin geridə qalan 80%-i isə “Versace” ailəsinin əlindədir. “Versace” markası 1978-ci ildə şirkətin hazırki vitse-prezidenti olan, Donatella Versacenin qardaşı Gianni Versace tərəfindən qurulub. Moda dizayneri 21 il öncə öldürülüb.