“Volvo” sanksiyalardan dolayı, İrandakı yük maşını montaj obyektlərinin fəaliyyətini dayandırdıqlarını açıqlayıb.


Facemark.az-ın məlumatına görə, “Volvo”nun sözçüsü “Reuters”ə deyib ki, markanın İrana göndərdiyi yük maşınlarının ehtiyat hissələri qarşılığında ödəniş edilməyib. Bu və digər səbəblərdən adıçəkilən ölkədə fəaliyyətlərini dayandırmaq haqqında qərar aldıqlarını deyib.


İran bazarına daxil olmamışdan qabaq Türkiyə ilə İran arasında qalan “Volvo” İran bazarına üstünlük vermişdi. Ancaq şirkətin rəsmisi Ivarsson telefonla etdiyi açıqlamada, “Bu sanksiyalar və ABŞ-ın gətirdiyi başqa səbəblərdən dolayı... İranda bankçılıq sistemi fəaliyyət göstərmir. Pulumuzu ala bilmirik. Dolası ilə hələlik İran bazarında çalışmırıq” ilə şirkətin İrandakı fəaliyyətlərini dayandırdıqlarını açıqlamış oldu.


Amerikanın sanksiyalarından öncə, “Volvo” İranı Körfəz bölgəsi və Şimali Afrika üçün əsas ixrac bazası etmək istədiyini açıqlamışdı. Avropa Birliyi öz şirkətlərini qorumaq üçün qanun qəbul etdi, ancaq sanksiyalar bankların İran şirkətləri ilə əməkdaşlıq etməsinə mane olur. Bunun səbəbi isə ABŞ-ın bu cür əməliyyatları edən bankları öz maliyyə sistemindən kənarda saxlamasıdır.


“Volvo” İranın ikinci böyük avtomobil istehsalçısı “SAIPA”nın daxilində “Saipa Diesel” ilə əməkdaşlıq edirdi. “Saipa Diesel” İsveçdən göndərilən montaj avadanlıqlarından istifadə edərək “Volvo”nun ağır yük maşınlarının montajını İranda reallaşdırırdı. “Saipa Diesel”in rəsmilərindən biri isə sanksiyalardan dolayı “Volvo Trucks” şirkətinin əməkdaşlıq müqaviləsini dayandırdıqlarını təsdiq edib.