Ana öz uşaqları ilə, pilot, sürücü, barda yatmağa vaxtı belə olmayan barmen- onların hamısı fast-food restoranları şəbəkəsi “McDonald's”un qonaqlarıdır. Və birinin digərindən üstün tərəfləri haqqında belə danışmaq olmaz.
Facemark.az xəbər verir ki, restoranlar şəbəkəsi özünün “More In Common Than We Think” (Biz düşündüyümüzdən də ümumiyik) adlı qlobal kampaniyasına başlayıb.
İki reklam çarxında fast-food restoranları şəbəkəsi özünün müxtəlif – fərqli cins, yaş, sosial statusa malik olan müştərilərindən bəhs edir. Ancaq bütün yollar ən yaxın “McDonald's” restoranına aparır və restoranlar şəbəkəsi belə müxtəlif müştərilərini eyni məkanda birləşdirir.