“AG Deltaplan”ə daxil olan “Soda” kreativ agentliyi Rusiyanın Yekaterinburq şəhərində “canlı” bilbord yaradıb. Viasat Nature HD telekanalının sifarişi əsasında, sentyabrda reklam aksiyasını buraxıblar. “Soda” agentliyinin qarşısında bir tapşırıq var idi, şəklin yüksək keyfiyyəti haqqında danışmaq. Bunu etmək üçün isə onlar, əsl quşun köməyindən istifadə ediblər. Kreativ agentliyin əməkdaşları, quşları bilbordun təsvirinə şirnikləşdirmək üçün, içərisində dən olan quş qəfəsləri asıblar.
“Viasat”ın marketinq üzrə direktoru Artyom Lyosov deyib ki, “Viasat Nature HD” HD formatında təbiət və heyvanlar haqqında olan sevimli proqramdır. Televiziya kanalının real keyfiyyətini tamaşaçılara vurğulamaq üçün bilbordun üzərinə canlı quşları cəlb etmək qərarına gəldik”.
“Soda”nın kreativ direktoru Aleksandr Mixalev deyib ki, agentlik doğurdan da riskə getmişdi, axı göyərçinlərin davranışını əvvəlcədən müəyyən etmək mümkün deyildi.
Aleksandr Mikalev “Soda”nın kreativ direktoru: “Hamı bilir ki, göyərçinlər, həm gözlənilməz quşlardır, həm də bacarıqlıdırlar. Onlar üçün nüfuz önəmli deyil. Amma onlara sözün əsl mənasında təşəkkür düşür. Çünki, onlar yemi əldə etmək üçün bilbordun üzərinə qondular. Bu isə bizi uğursuzluqdan qurtarmağı bacardı”.
Dmitriy Pint, kopirayter:
- Birinci gün biz sadəcə quşları yedizdirdik. Bu, addımla istəyirdik ki, bilbord ətrafında göyərçinlərin ajiotajını yarada bilək. Quşlar, sanki hərəkət gördülər, bizim gözləmədiyimiz yerlərdən çıxıb, bilbord ətrafında toplaşmağa başladılar. Hər iki gün agentliyin əməkdaşları, quşların qəfəslərini yem ilə doldurmaq üçün bilbordun yanına gəliblər. Beləliklə, onlar yalnız reklam aksiyasını həyata keçirmədilər. Eyni zamanda, quşlara payızın birinci soyuq günlərinə dözməyə kömək etdilər.
Xatırladaq ki, bu “Soda” ilə “Viasat”ın birlikdə həyata keçirdikləri ilk layihə deyil. Belə ki, 2015-ci ildə kreativ agentlik, Viasat Sport HD ilə əməkdaşlığı çərçivəsində Yekaterinburq şəhərinin ən böyük ticarət mərkəzində ekstremal şou təşkil etmişdilər.
Motosikletçilər onlar üçün xüsusi olaraq ayrılmış yolda əyləncəli çıxışlar etmişdilər.
Müştəri: Viasat
Marketinq üzrə direktor: Artyom Lyosov
Аgentlik: Soda band (AG Deltaplan)
Art-direktor Aleksandr Mixalev
Kreator: Dmitriy Pint
Dizayner: Tim Avvakumov
Video: Vladimir Sapojnikov


