Son bir neçə ildir ki, “Türk Hava Yolları”nın (THY) reklam filmlərində məşhur adlara yer verilir. THY bunları “Super Bowl” kimi yarışlarda nümayiş etdirərək daha çox səs gətirir.


Aviakompaniyanın ötən gün yayımlanan yeni reklam kampaniyası da bu istiqamətə aiddir. Yeni reklamın rejissoru “kreslo”suna isə “Hollywood”da bir sıra uğurlu filmlərə imza atan, “Oscar” mükafatına layiq görülən Ridley Scott əyləşib. Reklam çarxının baş qəhrəmanı isə Hollandiyalı aktrisa Sylvia Hoeksdir. Qısa rolda isə biz Aure Atikanı görürük.


Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni reklam filmini birinci Türk Hava Yollarının mətbuat müşaviri Yahya Üstün sosial media hesabından paylaşıb. Daha sonra isə reklam markanın LinkedIn, Youtube, Facebook kimi sosial media kanalları üzərindən yayımlanıb.


Baş qəhrəman Sylvia Hoeks


Reklamda THY‘nin 777-si, İstanbulHavalimanı və İstanbulun gözəlliklərindən istifadə olunması diqqəti cəlb edir. Həmçinin, reklamda yeni kabin məmuru uniformalarını da görmək mümkündür. İlk baxışdan fraqmanı xatırladan reklam filmində Yerebatan Sarnıcı, Ortaköy Camii, Çırağan Sarayı kimi İstanbulun çeşidli məkanları görünür. İstanbulun gözəlliklərini xoş kadrlarla izləyicələrə bir daha nümayiş etdirir. Film THY-nin 85-ci il dönümü ilə bağlı bayramını məcara şəklində təqdim edəcəyinə işarə edir. Yeni reklam filmi reklam seriyasının tanıtımıdır, yoxsa uzun bir reklam filminin fraqmanı, detallar hələ ki məlum deyil. Fəqət reklam filmi, yalnız Türk Hava Yollarının deyil, Türkiyə və İstanbul Havalimanın da tanıtımına fayda verəcəyi gözlənilir.