“Burberry” markası dizayner Riccardo Tisci ilə markanın builki Yeni il kampaniyasını ərsəyə gətirib.


Facemark.az Vogue.co.uk-a istinadən xəbər verir ki, marka Kristin Scott Thomas, Matt Smith, M.I.A, Naomi Campbell və anası Valerie Morris-Campbelli Leonardo da Vincinin məşhur əsəri “The Last Supper”nə (Son axşam yeməyi) bənzər şəkildə bir araya gətirib.


Kampaniya ingilis sənətçisi Juno Calypsonun kadrları ilə yaradılıb. Kampaniyada rol alan Matt Smith bu haqda deyib ki, “Hər şey son dərəcə stil və diqqətlə hazırlanmışdı. Yeni il üçün hazırlanmış dəbdəbəli “son axşam yeməyi” bir az adama qəribə təsir bağışladı”. Kristin Scott Thomas isə qeyd edib ki, çəkiliş prosesi hələ uzun müddət xatırlanacaq: “Necə olsa da, hər gün istinin ortasında Yeni il səhnəsinə çəkilmirik!”.


“Naomi ilə birlikdə uzun müddət-təxminən 4 il idi ki, eyni çəkilişdə yer almırdıq. Ona görə də, bu mənim üçün xüsusi bir an idi”,- deyən Valerie Morris-Campbellin sözlərini təsdiq edən Naomi Campbell isə kampaniya haqqındakı hisslərini bu sözlər ilə izah edib: “Anamla bir yerdə işləmək, böyüyən zaman saxladığım bir çox Yeni il xatirəsini də özü ilə gətirdi. Çəkiliş ona görə də, mənim üçün xüsusi oldu”.


Mənbə: mediacat