Britaniyanın ticarət mərkəzi şəbəkəsi “John Lewis & Partners” növbəti Milad kampaniyasının ulduzu kimi əfsanəvi musiqiçi Elton Conu seçib. Yeni il ərəfəsində sizi riteylerin hazırlığından zövq almağa dəvət edirik.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Britaniya riteyleri “Jown Lewis & Partners” musiqiçinin karyerasının əsas anlarını göstərib.


Yeni reklam çarxı rondo prinspi üzrə hazırlanıb. Belə ki, kampaniya indiki zamanda Elton Conla başlayır və onunla da bitir. Çarxda böyük bəstəkar və müğənninin pianoda onun “qızıl” barmaqlarından çıxan “Your Song”u ifa edildiyini görürük. Reklam çarxında Eltonu fərqli yaş və mədəniyyət epoxunda müşahidə edirik. Məsələn, o yerlatı pabda hipp musiqisini ifa edir, böyük stadionda isə öz enerjisi ilə hamını ayağa qaldırır. Başqa bir yerdə isə o ailə şənliklərində rok-n-roll ifa edir. Video çarxın sonunda sizin gözünüzün qarşısında xatirə canlanır. Balaca Cona fortepiano alırlar, o elə ilk tuşa vurandan ona aşiq olur. Əlbəttə, bu sevgi qarşılıqdı idi.


Axırıncı saniyələrdə isə çarxın lakonik, eyni zamanda dərin məna ifadə edən sloqanını görürük. “Bəzi hədiyələr, hədiyyədən də çox şey deməkdir” (Some gifts are more than just a gift”.


Xatırladaq ki, əfsanəvi müğənni markanın reklam çarxında iştirakına görə, qonorar almayacaq. Əldə edilən razılığa görə, qazanılan gəlir onun uşaqların musiqi və idman naliyyətlərini dəstəkləyən fonduna veriləcək.