“Hobby World” holdinqi “İqromedia” nəşriyyat evindən “Mir fantastik” jurnalını alıb.
Facemark.az-ın məlumatına görə, bu barədə “Kommersant” nəşrinə şirkətin baş direktoru və holdinqin şəriki Mixail Akulov deyib.
Amma tərəflər arasında razılaşmanın miqdarı isə açıqlanmayıb. Daha əvvəl, oktyabr ayında “İqromedia” “Mir fantastik”in çap versiyasını, həmçinin “İqromaniya” jurnalının fəaliyyətini dayandırdığını açıqlamışdı. Onların son buraxılışı isə dekabr olmalı idi.
Holdinqdən isə deyiblər ki, jurnalın zərərinə baxmayaraq, “Hobby World” “Mir fantastik” jurnalının çap versiyasını ildə minimum 1 dəfə buraxmağa davam edəcək.
Razılaşmadan sonra isə, holdinq jurnalda çalışan əməkdaşların sayını artıracaq, amma baş redaktoru isə olduğu kimi vəzifəsində saxlayacaq.
“Hobby World” jurnala poçt abunə xidmətini aktivləşdirəcək, eyni zamanda nəşr holdinqin şəxsi mağazalar şəbəkəsində yayılacaq. Söhbət 70 şəxsi və françayzinq nöqtələrindən gedir. “Mir fantastik”in gəlirlərinin əsas hissəsi reklamlar təşkil edir. Son aylara qədər jurnalın əsas reklamverəni məhz “Hobby World” jurnalı idi, amma geridə qalan vaxtlarda reklamdan əsas gəlirlər kitabların nəşrindən əldə olunurdu. Mixail Akulov deyir ki, bazarda “Mir fanstaktik”ə oxşar jurnal yoxdur. Jurnalın tirajının dəqiq həcmi barəsində məlumat verilməyib, amma qeyd olunur ki, bazarda ixtisaslaşdırımış jurnalların tirajı təxminən 3000 olur. “SimilarWeb”in məlumatına görə, oktyabrda “Mir fantastik” jurnalının saytına ziyarətçi sayı 950 000 -dən çox olub. “Hobby World” tələbatı test etmək və maliyyə almaq üçün, “CrowdRepublic” adlı сrowd funding (ictimai maliyyələşdirmə fondu) yaradacaq.
“Təəssüflər olsun ki, Rusiyada fantastik janrı, böyük piratlığın həcminə görə, özünün ən yaxşı vaxtlarını yaşamadı. Nəticədə, jurnalın tirajı və müəlliflərin qonorarlarının həcmi aşağı düşdü. Lakin biz yaradılacaq ictimai maliyyələşdirmə fondu ilə vəziyyəti bazarın xeyrinə aparmaq istəyirik”, - deyə Mixail Akulov sözlərinə əlavə edib.
