Moskva metropoliteni özündə təklifə əsasən, telefonlar üçün şarj qurğusunun icarəsi üçün xüsusi terminallar şəbəkəsi buraxacaq.


Facemark.az-ın məlumatına görə, “Kommersant” yazır ki, metropolitenə belə bir təklifi “Beri zaryad” (Бери заряд) xidməti təklif edib.


Paytaxt metrosunun rəsmisi isə məsələ ilə bağlı deyib ki, “Əgər biz bu təklifin reallaşmasına razılıq versək, metro ilə gəlir müqaviləsi bağlamaq üçün açıq bir rəqabət elan edəcəyik. Məbləğ isə hərracın nəticələri ilə müəyyən ediləcək”. Kompaniya ilkin mərhələrə metroda 300 belə qurğunun quraşdırılmasını nəzərdə tutur. Təkcə 2019-cu ilin sentyabrına qədər isə, Moskvada “powerbank” nöqtələrinin sayını 2000-ə çatdırmağı düşünür.


500 belə qurğu Sankt-Peterburq şəhərində, 100 belə qurğunu isə əhalinin sayı milyonu ötən şəhərlərdə salmaq niyyətindədirlər. İndi Moskvada “Beri zaryad”ın təxminən 50 terminalı fəaliyyətdədir. Xidmətdən istifadə etmək üçün, müştəri tətbiqdən qeydiyyatdan keçir, bank kartını tətbiqə bağlayır və ödənişi edir, “powerbank”ı alır və istənilən terminala yaxın nöqtədə onu qaytara bilir. Bir saat üçün icarənin qiyməti 50 rubl, 24 saat üçün isə 100 rubl təşkil edir.


İstehsalçı şirkət hesab edir ki, xidmət gündəlik sərnişin axınının 3-5%-nə nüfuz edəcək və metropolitenin bundan gəliri isə 36 000 000 rubl təşkil edəcək. İstehsalçının sözlərinə görə, terminallarda video müşahidə xidməti və istifadəçilərin üzlərinin tanınması, hətta onu nəqliyyat kartı ilə də inteqrasiya etmək mümkün olacaq.


“Belə bir xidmətin icarəsi moskvalıların tələbatı olacaq”, - deyə KPMG-nın Rusiya və MDB ölkələri üzrə partnyoru Erkoja Akılbek bildirib. “Bu isə şəhər hakimiyyətinə sərnişlərin yerdəyişməsi haqqında geniş informasiya əldə etməyə və bundan hədəf reklamları üçün istifadə etməyə kömək ola bilər”, - deyə o sözlərinə əlavə edib.


Xidməti "Zaryad" MMC idarə edir və o 2018-ci ilin martında qeydə alınıb. Şirkətin 55%-i isə onun hazırki baş direktoru Kiril Kulakova aiddir. Şirkətdə 5% payı olanlarda mövcuddur. Bunlar isə VentureClub və Universa.io-nu yaradıcısı, Mail.Ru Groupun marketinq üzrə keçmiş direktoru Aleksandr Borodiç də daxildir. Şirkətin öz məlumatlarına görə, layihəyə qoyulan ümumi investisiya 25 milyon rubl təşkil edib.